Bank Of Baku

Bakıda keçirilən beynəlxalq turizm filmləri festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub - FOTO

Bakıda keçirilən beynəlxalq turizm filmləri festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub - <span style="color: red;">FOTO
# 30 iyun 2014 11:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq turizm filmləri festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə,  tədbirdə builki festivalın proqramının əvvəlkinə nisbətən genişləndiyi diqqətə çatdırılaraq bildirilib ki, festivala ümumilikdə, 55 ölkədən 405 film göndərilib.

 

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirib. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi qalib kimi müəyyən edib.

 

"Ölkə, region, şəhər" kateqoriyasında yunanıstanlı rejissor Teo Papadoulakis "Krit: bütün dünya bir adada" filminə, "Mədəniyyət, ənənə" kateqoriyasında türkiyəli rejissorlar Şerif Yenen və Levent Ayaşlı "Yaşmaqsız İstanbul" ekran əsərinə, "Reklam filmləri" kateqoriyasında xorvatiyalı rejissor İvan Peric "Adriatikin qəlbi", "Turizm xidmətləri" kateqoriyasında türkiyəli rejissor Levent Ayaşlı "İstanbul: ünsiyyət üçün ən yaxşı yer" filminə, "Ekoloji turizm və xarici turizm" kateqoriyasında Böyük Britaniyadan olan rejissor Geoff Tompkinson "Göl" filminə, "TV filmləri" kateqoriyasında isə avstriyalı rejissorlar Piter Bardehle və Sebastian Lindemann "Zirvələrin simfoniyası/Alp dağları yuxarıdan" filminə görə birinci yerlərə layiq görülüblər.

 

Qaliblərə qızıl mükafat və 2000 avro pul verilib. Hər bir kateqoriyada ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc mükafatlar təqdim olunub.

 

Avstraliyalı rejissor Cefri Darlinq "Barossa. Sənin ixtiyarında" filminə görə festivalın ən yüksək mükafatına "Qran-pri"yə layiq görülüb və ona diplom və 4000 avro təqdim edilib.

 

Azərbaycanlı rejissor Mariya İbrahimovanın "Azərbaycan: Şərqin Avropa cazibəsi" filmi "Milli mükafat"a, italiyalı rejissorlar Ciulio Pedretti və Roberto Karini "Thilafuşi Qon Dhudoh - Maldivlərdə sonuncu tullantı yeri" filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR