Bank Of Baku

Bakıda Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması mövzusunda beynəlxalq toplantı keçiriləcək

Bakıda Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması mövzusunda beynəlxalq toplantı keçiriləcək
# 03 iyul 2013 07:06 (UTC +04:00)

Bakı - APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin sentyabr ayında Roma Klubu, Madrid Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Çatman Evi, Rokfeller Fondu, İsgəndəriyyə Kitabxanası, Konqres Kitabxanası, Sülh və Mədəniyyət Fondu, Jon Hopkins Universiteti və Stanford Universitetinin iştirakı ilə Bakıda toplantı keçiriləcək.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, toplantının məqsədi dünyada böyük ehtiyac duyulan Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması məqsədilə yeni bir hərəkatın başlanmasına təkan vermək üçün birgə fəaliyyət mexanizminin yaradılmasıdır.

 

Toplantı YUNESKO-nun sabiq baş direktoru Dr. Federiko Mayor, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmail Seragəldin və Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberganın moderatorluğu ilə keçiriləcək.

 

Toplantıda Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, səfir Valter Füst kimi nüfuzlu ekspertlərin də iştirakı planlaşdırılır.

 

Bu layihə ilə əlaqədar iyul ayı ərzində BMT-nin Mərkəzi qərargahında Baş Katibin xüsusi müşaviri, xanım Nafis Sadikin rəhbərliyi ilə xüsusi toplantının keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR