Bank Of Baku

Bakıda Toğrul Nərimanbəyovun xatirə sərgisi keçirilib - FOTOSESSİYA

Bakıda Toğrul Nərimanbəyovun xatirə sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyul 2013 16:10 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş “Toğrulu xatırlayaraq” adlı sərgi keçirilib.

 

APA-nın xəbərinə görə, rəssamın sənət dostlarının, ictimai xadimlərinin iştirak etdiyi sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Toğrul Nərimanbəyovun yaradıcılığı haqqındakı fikirlərini sərgi iştirakçıları ilə bölüşüb: “Toğrul Nərimanbəyov Azərbaycan rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Toğrul öz adını təkcə Azərbaycanın mədəniyyət tarixinə həkk etməyib. O, dünyanın müxtəlif sərgi salonlarındakı əsərləri ilə adını həmin ölkənin mədəniyyət tarixinə də yazdırıb. Onun özündən sonra qoyub getdiyi əsərlər həmişə bizimlə yaşayacaq”.

 

Ə.Qarayev deyib ki, Azərbaycan mədəniyyətini Toğrul Nərimanbəyovsuz  təsəvvür etmək olmaz və nə qədər ki, Azərbaycan rəssamlıq sənəti var, görkəmli fırça ustasının yaradıcılığı o qədər çox yaşayacaq: “Toğrul Nərimanbəyovun əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Düşünürəm ki, hər bir azərbaycanlı Parisə səfər edəndə, onun məzarını ziyarət edəcək”.

 

Azərbaycan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Fərhad Xəlilov Toğrul Nərimanbəyovu dünyəvi insan kimi qiymətləndirib: “Biz onunla çox yaxın idik, Toğrulla bağlı maraqlı xatirələrim var. Toğrul Nərimanbəyov böyük rəssam və böyük ziyalı idi. Biz çox xoşbəxtik ki, Azərbaycanın Toğrul kimi şəxsiyyəti var”.

 

Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə Toğrul Nərimanbəyovun yaradıcılığını yüksək qiymətləndirib, rəssamın əsərlərinin Azərbaycan mədəniyyət tarixinin böyük nümunəsi olduğunu deyib: “Bu əziz Ramazan günündə Allaha minnətdaram ki, Azərbaycana Toğrul kimi rəssam qismət edib. Azərbaycan Toğrulu heç vaxt unutmayacaq”.

 

Xalq rəssamı Ömər Eldarov, xalq yazıçısı Çingiz Abdullayev və başqaları rəssamın yaradıcılığı haqqındakı fikirlərini sərgi iştirakçıları ilə bölüşüblər. Rəssamın qızı Əsmər Nərimanbəyova sərginin təşkili, atası haqqında xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Sərgidə Toğrul Nərimanbəyovun “Dəvələr və Ağac”, “Səhər” (1983), “Bakı yağışdan sonra” (2010), “Bağda çayxana”, “Payız Bazarı (1974), “Hindistan yarmarkası” və başqa rəsm əsərləri nümayiş olunub.

 

Xatırladaq ki, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR