Bank Of Baku

Bakıda türk bəzək və miniatür sənəti sərgisi açılıb - FOTOSESSİYA

Bakıda türk bəzək və miniatür sənəti sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2013 08:37 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakının Muzey Mərkəzində türk bəzək və miniatür sənəti sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

 

Sərgidə nümayiş olunan miniatürlərin müəllifi, türkiyəli rəssam xanım Sərhan Çiftçigüzəl tədbirdə çıxış edərək deyib ki, belə bir sərginin Bakıda təşkil olunmasından çox şaddır: “Bundan əvvəl belə bir sərgi İstanbulda da təşkil olunub. İstəyirdim ki, siz də bu rəsmlərlə tanış olasınız. Şadam ki, sərgi insanların marağını cəlb etdi və onlar sərgini çox yaxşı qarşıladılar. Buna görə çox sevinirəm”.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, bu, Bakıda fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşkil etdiyi ilk belə tədbirdir. Səfir deyib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr çox yüksək səviyyədədir və gələcəkdə də bu sahədə tədbirlərin keçirilməsi gözlənilir. O, rəssam Sərhan Çiftçigüzələ gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Sərgi mayın 18-dək davam edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR