Bank Of Baku

Bakıda türkdilli dövlətlərin gənclərinin Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək

Bakıda türkdilli dövlətlərin gənclərinin Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək
# 19 iyul 2013 11:26 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. İyulun 22-26-da Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənclərinin Bakı Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək.

 

APA-nın xəbərinə görə, festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi məqsədilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğ edilməsidir.

 

Qeyd edək ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan gənclər iştirak edəcəklər. Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə aparılır. Festival çərçivəsində istedadlı və yaradıcı gənclərin iştirakı ilə qala konsert, gənc fotoqrafların sərgisi, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi və moda nümayişi keçiriləcək.

 

Gənc rəssamların dekorativ-tetbiqi sənət sərgisi 23 iyul 2013-cü il, saat 18.00, "Yay gallery" (ünvan: İçəri şəhər, Kiçik qala küç., 6), Gənc modelyer-dizaynerlərin moda nümayişi 24 iyul 2013-cü il, saat 20.00, "Art garden" (ünvan: İçəri şəhər, Kiçik Karvansaray, A.Zeynallı küç., 22), yaradıcı gənclərin iştirakı ilə qala-konsert və gənc fotoqrafların sərgisi 25 iyul 2013-cü il, saat 20.00, Azərbaycan Dövlət Filarmoniyasında (ünvan: İstiqlaliyyət küç., 2) keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR