Bank Of Baku

Bakıda Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Yozqat Blues” filmi nümayiş olunub

Bakıda Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Yozqat Blues” filmi nümayiş olunub
# 26 noyabr 2014 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bu gün Nizami Kino Mərkəzində Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Yozqat Blues” filmi nümayiş olunub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, film Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsalıdır.

 

Filmin rejissoru Mahmud Fazil Coşqun, ssenari müəllifləri Tarık Tufan və Mahmud Fazil Coşqundur.

 

Əsas rollarda Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer çıxış edirlər.

 

Qeyd edək ki, Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-də Azərbaycan Akademik Milli Dram Teatrında “Meraklısı için Öyle Bir Hikaye” tamaşası ilə başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR