Bakı. Cavid Zeynallı - APA. Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə B.Şəkinskayanın yaradıcılıq yoluna nəzər salınacaq, onun sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.