Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, dekabrın 10-da burada bərpa edilən və rənglənən «Arşın mal alan» filminin premyerası keçiriləcək. Bununla əlaqədar premyera mərasiminin videçarxı yayımlanıb.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. “Arşın mal alan” indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.