Bank Of Baku

Bəstəkar Fərəc Qarayevin 70 illik yubileyi qeyd olunacaq

Bəstəkar Fərəc Qarayevin 70 illik yubileyi qeyd olunacaq
# 11 dekabr 2013 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zamanla üz-üzə” layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində “Eşqə səyahət” mono-operası nümayiş etdiriləcək.

 

Tamaşanın rejissoru Gürcüstanın əməkdar incəsənət xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak, rəssamı Elene Murdjikneli, solisti Fəridə Məmmədovadır.

 

Teatrdan bildiriblər ki, soprano və kamera orkestri üçün yazılan mono-opera XX əsrin şairlərinin şeirləri əsasında hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR