Bank Of Baku

Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri Bakıya gələcəklər

Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri Bakıya gələcəklər
# 24 oktyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. I Bakı Beynəlxalq Memarlıq Mükafatı Müsabiqə çərçivəsində Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti və MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri Azərbaycana səfər edəcəklər.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə,  Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Mişel Barmaki rəhbərlik edəcək. Nümayəndə heyətinə BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və vitse-prezidentlər - Tomas Voiner və Hayder Ali daxildir. Münsiflər heyətinin üzvləri sırasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə də təmsil olunacaq.

 

Nazirlikdən bildiriblər ki, Beynəlxalq Münsiflər Heyətinin iclasları 1-2 noyabr tarixində keçiriləcək və müsabiqəyə təqdim olunan 300-dən artıq iş arasından qaliblər müəyyən ediləcək. Yeddi müxtəlif nominasiya üzrə ilk üç yeri tutmuş qaliblərin təntənəli mükafatlandırılması noyabrın 3-də olacaq.

 

Tədbir günlərində müsabiqə işlərinin sərgisi fəaliyyət göstərəcək, müsabiqənin yekununda təqdim edilən bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR