Bakı. Turan Şakir - APA. Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində xalq artisti, professor Canəli Əkbərovun rəhbərliyi ilə “Zərbi Muğam” adlı konsert-açıq dərs olacaq.
Bu barədə APA-ya məlumat verən C.Əkbərov bildirib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
Tədbirdə xalq artistinin tələbələri - gənc muğam ifaçıları Jalə Quliyeva, Məhəmməd İbrahimov, Bəhruz Usubov, Ramiq Hadıyev, Hümbət Məmmədov və başqaları çıxış edəcək. İfaçıları tarda Emil Mirzəyev, kamançada Kamal Abdullayev müşayiət edəcək.