Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd olunub
# 07 fevral 2015 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Muğam Mərkəzində xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə “Unudulmaz nəğmələrin gecəsi” adlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, yubiley mərasimində mədəniyyət və incəsənət xadimləri, muğam ifaçıları iştirak edib.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Azərbaycan muğamının tədrisi və təbliğində Ə.Məmmədovun böyük xidmətləri olub: “Əlibaba müəllimin “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şur” kimi muğamlar və onlarca başqa xalq mahnıları radionun “Qızıl Fond”unda saxlanılır”.

 

Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR