Bank Of Baku

Braziliyada Azərbaycan filmləri nümayiş olunub

Braziliyada Azərbaycan filmləri nümayiş olunub
# 08 oktyabr 2013 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan filmləri Braziliyada nümayiş olunub.

 

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Braziliyadakı səfirliyi və Braziliya Bankının Mədəniyyət Mərkəzi (Centro Cultural Baco do Brasil) paytaxt Brasilia şəhərində avqustun 6-dan 11-dək, Rio de Janeyro şəhərində avqustun 14-dən 19-dək, San Paolo şəhərində isə sentyabrın 4-dən 8-dək Azərbaycan bədii filmlərinin nümayişini təşkil edib.

 

Nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Girov", "İlahi məxluq" bədii filmləri Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən portuqal dilində subtitrləşdirilib, həmçinin tədbirlə bağlı C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən əldə olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanaraq CCBB-nin mərkəzlərində yerləşdirilib.

 

Hər üç şəhərdə rejissoru Eldar Quliyevin Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən "Girov" bədii filminin nümayişindən sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovla tamaşaçılar arasında görüş keçirilib, görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti, kinosu, müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan-Braziliya əlaqələri kimi mövzular müzakirə olunub.

 

Tədbirlər zamanı "İRS-Herança" jurnalının portuqal dilindəki ilk nəşri, prezident yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunmuş "Azərbaycan Avrasiyanın ürəyində" adlı buklet və digər tarixi və mədəni materiallar iştirakçılara paylanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR