Bank Of Baku

Brilliant Dadaşova: “Facebook”a utana-utana girirəm”

Brilliant Dadaşova: “Facebook”a utana-utana girirəm”
# 24 may 2013 13:33 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. “Artıq 12 ildir ki, Heydər Əliyev Sarayında konsert vermirəm. Buna baxmayaraq, mən istər Bakıda, istərsə də bölgələrdəki konsert və el məclislərində tamaşaçılarımla görüşə bilirəm”. APA-nın xəbərinə görə, bu sözləri xalq artisti Brilliant Dadaşova mayın 29-da Heydər Əliyev Sarayında keçiriləcək “Apar məni” adlı konsert proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, budəfəki konsertə çox az müddətdə hazırlaşıb: “Əslində konserti sentyabr-oktyabr aylarına planlaşdırmışdıq. Ancaq konsertin təşkilatçısı “Fire land” production şirkəti ilə mayın 29-na  qərarlaşdırdıq. Konsertə 15 gün qalmış hazırlaşmağa başlamışıq. Vaxt məhdudiyyəti olduğuna görə konsertdə çıxış edəcək 15-dən artıq musiqiçi ilə daha sıx çalışırıq”.

 

B.Dadaşova biletlərin də rahat şəkildə satıldığını qeyd edib: “Artıq 15 günə 1500 bilet satılıb. Mən “Facebook” dostlarıma və mediaya konsert biletlərini pulsuz verməyi qərara almışdım. Ancaq hələ o pulsuz biletlər mənə gəlib çatmayıb. Ona görə də “Facebook”a utana-utana girirəm”.

 

Konsertdə göstəriləcək şou-proqramla bağlı sualı cavablandıran B.Dadaşova konsertə yalnız yüksək səviyyədə musiqi olacağını söyləyib: “Mən tamaşaçılara möhtəşəm şou-proqram vəd etmirəm. Konsertdə yalnız yüksək səviyyədə musiqi olacaq. Düşünürəm ki, tamaşaçılarıma yalnız mənim səsim lazımdır”.

 

Konsertin təşkilatçısı “Fire land” production şirkəti, rejissoru isə Nigar Hacızadədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR