Bank Of Baku

Brüsseldə Fərqanə Qasımovanın konserti keçirilib - FOTO

Brüsseldə Fərqanə Qasımovanın konserti keçirilib - <span style="color: red;">FOTO
# 21 fevral 2015 15:28 (UTC +04:00)

Bakı-APA. Brüsselin İncəsənət Sarayında (Palais des Beaux-Arts) Azərbaycanın muğam ifaçısı Fərqanə Qasımovanın konserti keçirilib.

 

Bu barədə APA-ya Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi,  Avropa İttifaqı yanında Nümayəndəliyindən bildirilib. Məlumata görə, konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və Səfirliyin təşkilati dəstəyi ilə baş tutub.

 

Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, “Füzuli kantatası”, bır sıra xalq mahnıları və “Qarabağ şikəstəsi” dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.  

 

Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR