Bank Of Baku

Cahangir Novruzov medalla təltif olunub - FOTO

Cahangir Novruzov medalla təltif olunub - <span style="color: red;">FOTO
# 16 aprel 2014 09:45 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov  həmyerlimizə təqdim edib.

 

Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində  XVI Dövlət Teatrları və  Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub.  Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.

 

Bir ay davam edəcək XVI Dövlət Teatrları və  Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi  iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə  təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR