Bank Of Baku

Dənizkənarı Milli Parkda 12 metrlik “Rezin ördək balası” üzəcək - FOTO

Dənizkənarı Milli Parkda 12 metrlik “Rezin ördək balası” üzəcək - <span style="color: red;">FOTO
# 28 avqust 2013 12:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Hollandiyalı rəssam Florontijn Hofmanın ideyası ilə yaradılmış 12 metrlik “Rezin ördək balası” Bakıya gətiriləcək.

 

APA-nın məlumatına görə, təxminən beş mərtəbəli bina hündürlükdə olan ördək balası sentyabrın 5-də Dənizkənarı Milli Parkda suya buraxılacaq. Layihə “Baku Public Art” festivalı çərçivəsində reallaşacaq. “Rezin ördək balası” indiyədək dünyanın müxtəlif şəhərlərinin -  Nyu York, Tokio, Osaka və San-Paulo kimi böyük şəhərlərinin körfəzlərində üzüb, yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Rəssam Florontijn Hofman bildirib ki, ördək balası yaşından və aldığı tərbiyədən asılı olmayaraq, hər kəsi barışığa çağırır, bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir.

 

Rəssam dünyada bu cür layihələri ilə tanınır.  Florontijn Hofmanın 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik “Kök meymun”, 2011-ci ildə İsveçin Orebro şəhərciyi üçün hazırladığı “Nəhəng sarı dovşan” və s. bu kimi əl işləri  incəsənət aləmində maraqla qarşılanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR