Bank Of Baku

Dövlət Film Fondunda xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunacaq

Dövlət Film Fondunda xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunacaq
# 15 aprel 2014 13:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 18-də Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunacaq.

 

Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək. Tədbirdə A.Cavadova həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

 

Qeyd edək ki, A.Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. O, "Bəxtiyar", "Görüş", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Əhməd haradadır", "Sehrli xalat", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" və s. Azərbaycan filmlərində yaddaqalan obrazlar yaradıb. Aktyor 1981-ci ildə Bakıda dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR