Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək
# 25 sentyabr 2013 10:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı xalq artisti Səyavuş Kərimi, səhnə tərtibatı əməkdar rəssam İsmayıl Məmmədovdur.

         

Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli səhnə əsəridir.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər. Tamaşanın premyerasının noyabrda keçirilməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR