Bakı-APA. Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Dövlət Rus Dram Teatrı tərəfindən 2013/14-cü il teatr mövsümündə hazırlanan tamaşaların yaradıcılıq həllini əks etdirən 113 saxlama vahidi fotosənəd daxil olub.
Bu barədə APA-ya Dövlət Kino-Foto Sənədləri Arxivindən bildirilib.
Məlumata görə, daimi mühafizə olunmaq üçün qəbul edilmiş fotosənədlər hazırda Arxivin fonduna qəbul olunması üçün rəsmiləşdirilir, hər bir fotosənədin qısa elmi məlumat-bazası hazırlanır.