Bank Of Baku

Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasına daxili baxış keçirilib - FOTO

Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasına daxili baxış keçirilib - <span style="color: red;">FOTO
# 10 iyul 2014 16:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov -  APA. İyulun 9-da Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasına daxili baxış keçirilib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan əsərin quruluşçu rejissoru Yusif Əkbərovdur.

 

Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə Xəlilova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

 

Əsas rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlar Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, (Aygün), Elvin Əliyev (Azər), Gülnarə Əzizova (Züzü), Yuliya Heydərova (əcnəbi qız), Svetlana Bulax (turist), Əliməmməd Novruzov, Ruslan Mürsəlov (turist), Elməddin Dadaşov (turist oğlan) iştirak edirlər. 

 

Tamaşa gələn mövsümün ilk premyerası olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR