Bakı. Cavid Zeynallı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dramaturq Əli Əmirlinin “Şah Qacar” pyesi əsasında hazırlanan tamaşanın premyerası olacaq.
Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, tamaşanın premyerası iyunun 29-na nəzərdə tutulub. Tamaşanın rejissoru xalq artisti Azərpaşa Nemətov, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir.
Tamaşada Şah Qacar rolunu xalq artisti Fuad Poladov oynayacaq.
Əsas rolları xalq artisti Laləzar Mustafayeva, (Ceyran) aktyorlar Məmməd Səfa (Kərim xan Zənd) Vidadi Həsənov, Ayşad Məmmədov və Sabir Məmmədov ifa edəcəklər.