APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib.
E. Qasımzadə deyib ki, göndərilən işə hələlik jüri üzvləri baxmayıb: “Ümumiyyətlə, bu o deməkdir ki, ermənilər Azərbaycanda haqq və ədalətin olduğuna inanırlar. Biz hələlik o işi təhlil edə bilmərik. Çünki ona hələ baxılmayıb. Jüri işlə tanış olmalı və qərar verməlidir. Hər bir ölkənin nümayəndəsi bizim müsabiqəmizdə iştirak edə bilər”.