Bank Of Baku

Firəngiz Əlizadənin əsərinin də daxil olduğu albom “Grammy” mükafatına layiq görülüb

Firəngiz Əlizadənin əsərinin də daxil olduğu albom “Grammy” mükafatına layiq görülüb
# 10 fevral 2015 09:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsərinin də daxil olduğu albom “Grammy” mükafatına layiq görülüb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mükafat məşhur Amerika skripkaçısı Hillari Hanın “Deutsche Grammofon” albomuna verilib.

 

Albom ”İlin ən yaxşı kamera musiqisi” nominasiyasının qalibi seçilib.

 

Nazirlikdən bildiriblər ki, Azərbaycan Bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafatın qalibi olub.

 

Qeyd edək ki, musiqi dünyasının ən nüfuzlu mükafatı olan Grammy laureatlarının 57-ci təqdimetmə mərasimi ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR