Bank Of Baku

Firəngiz Əlizadənin əsərləri məşhur amerikan bəstəkarı Con Keycin 100 illik yubileyi layihəsinə daxil edilib

Firəngiz Əlizadənin əsərləri məşhur amerikan bəstəkarı Con Keycin 100 illik yubileyi layihəsinə daxil edilib
# 07 fevral 2014 15:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadənin əsərləri məşhur amerikan bəstəkarı Con Keycin anadan olmasının 100 illiyinə həsr edilən “Mega-music” layihəsi çərçivəsində hazırlanan «Cage-100» əsərlərinin siyahısına daxil edilib.

 

ABİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində 50 bəstəkar olmaqla Almaniyanın və Amerikanın 100-dək tanınmış bəstəkarlarının iştirakı ilə hazırlanan «Cage-100» əsərinin özəlliyi hər bəstəkarın öz üslubunu saxlamaqla özündən əvvəlki bəstəkarın not sətirlərini davam etdirməsidir: “Layihənin Nyu-York, Leypsiq, Berlin və başqa şəhərlərdə premyerası  keçirilib. Əsərin əlyazması isə nəfis şəkildə nəşr edilib və layihədə iştirak edən bəstəkarlara hədiyyə olunub. Firəngiz Əlizadə layihədə 88-ci sırada qərarlaşıb. Sözügedən layihənin Fransada həyata keçirilməsi planlaşdırılır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR