Bank Of Baku

Gənc rəssam Leyla Mehdiyevanın fərdi sərgisi keçirilib

Gənc rəssam Leyla Mehdiyevanın fərdi sərgisi keçirilib
# 02 oktyabr 2013 07:45 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Art Group”un təşkilatçılığı ilə gənc rəssam Leyla Mehdiyevanın fərdi sərgisi keçirilib. Rəssamın APA-ya verdiyi məlumata görə, “Yayın rəngləri” adlı sərgi rəssamın ilk fərdi sərgisidir. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, əməkdar rəssam Tahir Məmmədov çıxışlarında gənc rəssamın yaradıcılığı haqqında müsbət fikirlər səsləndiriblər. Rəssamın müəllimi İnna Kostina da tələbəsinin sənət nümunələri haqqında söz açıb, sərgi münasibətilə onu təbrik edib.

 

30-a yaxın əsərin nümayiş olunduğu sərgi oktyabrın  4-nə kimi davam edəcək.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR