Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Danışan gəlincik” tamaşasına ictimai baxışı keçirilib - FOTO

Gənc Tamaşaçılar Teatrında “Danışan gəlincik” tamaşasına ictimai baxışı keçirilib - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 16:11 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın ictimai baxışı keçirilib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulub. İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

 

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev və başqaları rol alıblar.

 

Teatrdan bildiriblər ki, tamaşanın premyerası noyabrın 16-da olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR