Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqunun əsəri əsasında tamaşalar hazırlanır

Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqunun əsəri əsasında tamaşalar hazırlanır
# 13 yanvar 2014 14:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Gənc Tamaşaçılar Teatrı ingilis dramaturqu, Oskar mükafatçısı Martin Mak Donaxın “Linenin trilogiyası” adlı eyniadlı əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik kraliçası”, “Yalqız qərb” tamaşalarının hazırlanmasına start verilib.

 

Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Yan Vilyem Van Den Boh, tərtibatçı rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyondur: “Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin 3 ayrı-ayrı əsərlərinin bir məkanda nümayişi teatrsevərlərə yeni hədiyyədir. Mədəniyyət və Turizm Nazirliyi, British Council və Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsi olan yeni iş “Teatr əməkdaşlığı”na dair müqavilə əsasında reallaşır”.

 

Layihədə Böyük Britaniyadan olan teatr mütəxəssisləri ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər. Tamaşaların təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Teatr günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR