Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır
# 02 fevral 2015 16:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında tamaşa hazırlanır.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

 

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər.

 

Uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası bu ilin aprel ayında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR