Bank Of Baku

Gəncə Dövlət Dram Teatrı mövsümə yekun vurub

Gəncə Dövlət Dram Teatrı mövsümə yekun vurub
# 01 iyul 2013 16:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə Dövlət Dram Teatrının kollektivi 118-ci mövsümə yekun vurub.

 

Teatrın direktoru Əli Qasımovun APA-nın qərb bürosuna verdiyi məlumata görə iyunun 29-da müəllif Elçinin «Cəhənnəm kirayəşinləri» əsərinin təqdimatı ilə mövsüm sona çatıb. Əsər Gümrah Ömərovun quruluşunda səhnələşdirilib.

 

Ə.Qasımov əlavə edib ki, geridə qalan mövsüm ərzində teatrın səhnəsində bir neçə yeni tamaşa oynanılıb. Bunlar arasında İxtiyarın «Dan yeri söküləndə», Ağalar İdrisoğlunun «Şah İsmayıl Xətai» və Kəmalə Ağayevanın «Məhsəti Gəncəvi» tamaşaları var.

 

Qeyd edək ki, ötən mövsüm ərzində teatrın kollektivi Ukrayna və Türkiyəyə qastrol səfərləri edib. Teatrın yeni mövsümü sentyabrın 16-dan başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR