Bakı. Cavid Zeynalov-APA. Gəncə Dövlət Dram Teatrı teatr mövsümünə “Şah İsmayıl Xətai” tamaşası ilə yekun vurub. Teatrdan APA-ya verilən məlumata görə, Ağalar Mehdiyevin eyni adlı pyesi əsasında İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rollarda əməkdar artist Məmmədəli Balayev, aktyorlar Vasif İsmayılov, Salam İsmayılov çıxış ediblər. Tamaşanın rəssamı Vahab Cəfərovdur.
Teatrın rejissoru Vaqif Şərifov APA-ya bildirib ki, Gəncə Dövlət Dram Teatrı yeni teatr mövsümünü Məhsəti Gəncəvinin yubileyi ilə əlaqədar hazırlanan “Məhsəti Gəncəvi” tamaşası ilə açacaq. Sentyabrda premyerası nəzərdə tutulan tamaşanın rejissoru Loğman Kərimovdur. Əsas rollarda Sevda Orucova (Məhsəti), Mətləb Təhməzov (Gəncə hakimi) çıxış edəcəklər. Tamaşanın rəssamı Rafiq Həsənovdur.