Bakı. Cavid Zeynalov – APA. Gəncə Dövlət Kukla Teatrı teatr mövsümünə yekun vurub.
Teatrdan APA-ya verilən məlumata görə, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanan səhnə əsəri azyaşlı tamaşaçıların ixtiyarına verilib və bununla oktyabrın 1-dək mövsüm bağlı elan olunub. Tamaşanın rejissoru Fərmayıl Paşayevdir. Səhnə əsəri dövlət sifarişi ilə hazırlanıb.
Teatrdan APA-ya bildiriblər ki, yeni mövsümü Rəhman Əlizadənin “Hamam hamam içində” tamaşası ilə açacaqlar. Səhnə əsərinin rejissoru Fərmayıl Paşayev, quruluşçu rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı Zahid Hacıyevdir.