Bakı. Turan Şakir – APA. Gəncə Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır. Bu barədə APA-ya teatrın baş rejissoru Fərmayıl Paşayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan xalq nağılları əsasında Kəmalə Ağaqızının “Göyçək Fatma” tamaşası səhnələşdirilir: “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşanın rejissoru Qax Dövlət Kukla Teatrından dəvət olunmuş Yusif Abdurrəhmanovdur”.
Tamaşada rolları Gəncə Dövlət Kukla Teatrının aktyorları, əməkdar artist Nağəddin Məmmədov, Nahidə Namazova, Yeganə Məmmədova, Xudayat Əsgərov, Elman Vəliyev, Səmədxan Əhmədov və başqaları ifa edir.
Tamaşanın premyerası yeni mövsümdə, sentyabrda olacaq.