Bakı. Turan Şakir - APA. Gəncə Dövlət Kukla teatrının baş rejissoru Qax Dövlət Kukla teatrında yeni tamaşa hazırlayır. Bu barədə APA-ya tamaşanın rejissoru Fərmayıl Paşayev məlumat verib.
Onun sözlərinə görə, birgə layihə çərçivəsində yazıçı-publisist Ruslan Həsənlinin ssenarisi əsasında “Ağca və Sarıca” tamaşası nümayiş olunacaq: “Tamaşada rolları Qax teatrının aktyorları ifa edəcək”.
Tamaşanın premyerası iyunun sonunda olacaq.