Bank Of Baku

Gəncədə “Muğam Televiziya Müsabiqəsi 2013”-ün ikinci turuna seçim keçirilib

Gəncədə “Muğam Televiziya Müsabiqəsi 2013”-ün ikinci turuna seçim keçirilib
# 26 iyun 2013 13:49 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Gəncədə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında  “Muğam Televiziya Müsabiqəsi 2013”-ün ikinci turuna seçim keçirilib. APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan televiziyasının təşkilatçılığı ilə keçirilən yarışmaya Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlar, Goranboy, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Yevlax, eləcə də Gəncədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər qatılıb. 12 yaşdan yuxarı oğlan və qızların iştirak etdiyi müsabiqənin ikinci turuna seçimlər Bərdə və Gəncədə keçirilib. Gəncədən sonra isə iyunun 26-da Şamaxıda seçim turu davam edəcək. Daha sonra isə Bakıda dinləmələr olacaq və buradan finala 20 nəfər seçiləcək. Təşkil edilən müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artistləri - Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova və Nadir Axundov daxildir.

 

Qeyd edək ki, “Muğam Televiziya Müsabiqəsi 2013”ün final mərhələsi avqustun 6-da başlayacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR