Bank Of Baku

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Axundov muzeyinin xalçaçılıq dərnəyinə pul ayırıb

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Axundov muzeyinin xalçaçılıq dərnəyinə pul ayırıb
# 07 fevral 2015 10:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində fəaliyyət göstərən xalçaçılıq dərnəyinin inkişaf etdirilməsi üçün nazirliyin büdcəsindən vəsait ayrılması barədə sərəncam imzalayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirin sərəncamı ilə azərbaycanlı uşaqların fəaliyyət göstərdiyi xalça dərnəyinə 22 min 249 lari məbləğində vəsait ayrılıb.

 

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında Gürcüstanda xalçaçılığın inkişaf etdirilməsini Azərbaycan mədəniyyətinin vizit vəsiqəsi adlandırıb: “Artıq beşinci ildir ki, muzeyin nəzdində xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Biz keçən illərdə Gürcüstandakı muzeylərdə Azərbaycan xalçalarının sərgilərini keçirmişik. Hazırda dərnəkdə 8 nəfər gənc toxucu xalça sənətkarlığının sirlərini öyrənir”.

 

L. Əliyeva bildirib ki, keçən il muzeyin təşəbbüsü və təşkilatçılığı ilə Tiflisdə gürcü, ingilis, rus və Azərbaycan dillərində 1000 tirajla “Azərbaycan xalçaları” adlı kataloq nəşr edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR