Bank Of Baku

Habil Əliyevin oğlu: “Ümid Allaha qalıb”

Habil Əliyevin oğlu: “Ümid Allaha qalıb”
# 06 iyun 2014 09:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bütün ailə üzvləri yığılıb başına, oturmuşuq. Ümid Allaha qalıb. Artıq danışmağı da yoxdur”.

 

Bunu APA-ya xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib.

 

Onun sözlərinə görə, həkimlər H. Əliyevin xəstəxanada yatmasını məsləhət görsələr də, xalq artisti bundan imtina edib: “Özü qala bilmədi. Burda yaş amilinin də rolu var. Xəstəxanada qala bilmir, darıxır. Vəziyyəti yaxşı deyil. Orta-ağır olaraq qiymətləndirilir. İynə-dərmanını edirik, nə lazımdırsa, qulluğundayıq. Görək necə olur, ümid Allaha qalıb”.

 

R. Habiloğlu əlavə edib ki, H. Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR