Bank Of Baku

Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müziklı təqdim olunacaq - FOTO

Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müziklı təqdim olunacaq - <span style="color: red;">FOTO
# 27 dekabr 2013 10:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” müziklı (“Melodies of Vera District”) Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

 

APA-nın məlumatına görə, müziklda Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.

 

Qeyd edək ki, 1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müzikla fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib. Qeyd edək ki, müziklın Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR