Bank Of Baku

Heydər Əliyev Mərkəzində Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisinin açılışı olub - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyun 2013 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, məşhur rəssamlar və ictimai-siyasi xadimlər iştirak edib.

 

Sərginin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, müasir incəsənət bugünkü həyatımızda böyük rol oynayır. O deyib ki, Azərbaycan incəsənəti, müxtəlif əsərlər xaricdə təqdim olunur, bundan əlavə, müxtəlif xarici əsərlər nümayiş olunmaq üçün Azərbaycan gəlir: “Azərbaycanda Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir ki, burada 300 mindən artıq eksponat yerləşdirilib. “Yarat” İncəsənət Mərkəzi dünyada Azərbaycan mədəniyyətini təmsil edir. Bütün bu nailiyyətləri nəzərə alaraq biz də qərar verdik ki, Heydər Əliyev Mərkəzində məşhur rəssamın əsərlərini ictimaiyyətə təqdim edək. Uzun müzakirələrdən sonra bu gün Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssam Endi Vorholun sərgisi təşkil olunub. Bu sərgidə 100-ə yaxın əsər sərgilənir. Bütün bu layihələrin hazırlanması, əsərlərin Azərbaycana gətirilməsində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bu işlərə birbaşa nəzarət edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirik”.

 

E. Vorhol Muzeyinin direktor müavini Patrik Mur (Patric Moore) çıxışında sərginin təşkili üçün Heydər Əliyev Mərkəzinin rəhbərliyi və kuratora təşəkkür edib: “Endi Vorhol kommersiya rəssamı kimi fəaliyyətə başlayıb və işlərinə görə pul qazanıb. Bu gün Bakının bir çox dükanlarında gördüyünüz brendlərdə Endi Vorholun izi var. Bu sərginin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir. Azərbaycanı təbrik edirəm ki, ölkəni xaricdə tanıtmaq üçün mədəni istiqaməti əsas götürüb”.

 

Sərginin kuratoru Cianni Merkurio (Gianni Mercurio) bildirib ki, modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dən çox əsəri və qısa filmləri təqdim edilir: “Onun müasir incəsənət üçün verdiyi töhfələr əvəzedilməzdir. İnanıram ki, bu sərgi ilə tanış olduqdan sonra insanlar incəsənəti daha da sevəcəklər. Çünki incəsənət həyatımızı daha da gözəlləşdirir”.

 

Rəsmi açılışdan sonra sərgiyə baxış keçirilib.

 

Qeyd edək ki, sərgi sentyabrın 9-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR