Bank Of Baku

Heydər Əliyev Mərkəzində müxtəlif sərgilər və dəyirmi masalar təşkil olunacaq

Heydər Əliyev Mərkəzində müxtəlif sərgilər və dəyirmi masalar təşkil olunacaq
# 21 iyun 2013 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Heydər Əliyev Mərkəzi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra sərgilər təşkil olunub.

 

APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məşhur rəssam Andy Warholun sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, artıq mərkəzdə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzində təşkil olunan digər sərgilər “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgisi və digərləridir. “Mini Azərbaycan” sərgisi ölkənin tarixi binalarının modellərindən təşkil olunub: “Bu vaxta kimi sərgidə nümayiş olunmaq üçün modellərin 60 faizi əldə olunub. Bu yaxınlarda digər işləri də əldə etməyi düşünürük. Azərbaycanın müxtəlif bölgələrində olan tarixi abidələr, müasir binalar da buraya daxil olacaq”.

 

A.Ələkbərov qeyd edib ki, bundan sonra da Heydər Əliyev Mərkəzində müxtəlif sərgilər, dəyirmi masalar təşkil olunacaq. Onun sözlərinə görə, müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı artıq təkliflər alıblar. Məşhur rəssam Andy Warholun sərgisinin keçirilməsi ilə bağlı işlərə isə hələ 7 ay öncə başlanıb: “Bu istiqamətdə müxtəlif müzakirələr aparılıb. Endi Warhol Muzeyi 2019-cu ilə kimi bu sərginin keçirilməsini planlaşdırmışdı, lakin orada keçirilməsi məlum deyildi. Biz çox çalışdıq və sonda həmin sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına nail olduq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR