Bank Of Baku

Heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək

Heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək
# 19 avqust 2014 16:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 20-də “Yaşayan tarix” adlı heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, sərgidə 20 gənc heykəltəraşın bir ay ərzində hazırladıqları Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin büstləri nümayiş etdiriləcək.

 

Sərgi İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində baş tutacaq.

 

Layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək, gənc istedadlı heykəltəraşları tapıb üzə çıxarmaq, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək etməkdir.

 

Festival-sərgi prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR