Bank Of Baku

Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli film çəkilir

Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli film çəkilir
# 04 fevral 2015 13:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli film çəkilir.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Rusiya imperiyasında tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olan Hüseyn xan Naxçıvanskiyə həsr olunan ekran əsərinin çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılır. Arxiv materiallarından geniş istifadə olunan filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

 

Nazirlikdən bildiriblər ki, film yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR