Bank Of Baku

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib
# 25 noyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə qalib gələn filmlər mükafatlandırılıb.

 

Bağlanış mərasiminin sonunda çıxış edən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel  Bakı Beynəlxalq Turizm Filmləri Festivalının CIFFT-yə üzv qəbul olunduğunu elan edib.

 

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının Qran Pri mükafatını Birləşmiş Ərəb Əmirliklərindən Babək Amininin “Şübhəsiz, Dubay” filmi qazanıb.

 

“Ölkə, region, şəhər kateqoriyasında qızıl mükafat”a Makedoniyadan təqdim olunan “Skopye - Tarixlə gələcəyin qovuşduğu şəhər”, “mədəniyyət, ənənə” kateqoriyasında Xorvatiyadan göndərilən “Marko Polonun axtarışında”, “ekstremal turizm” kateqoriyasında Azərbaycandan təqdim olunan “Odlar yurdu”, “ekoloji turizm” kateqoriyasında Portuqaliyadan təqdim olunan “Azadlığa doğru iki addım”, “reklam filmləri” kateqoriyasından Yunanıstandan göndərilən “Çania - Ləzzət aləminə səyahət”, TV Məhsullar kateqoriyasında Rumıniyadan təqdim olunan “Zaqreb, şəhərdə tənəffüs” filmləri layiq görülüb.

 

Kateqoriyalar üzrə müvafiq olaraq iştirakçılara gümüş və bürünc mükafatlar da təqdim olunub. Festivalın Milli Mükafatını Vasif Məmmədzadənin “Şəhər içində şəhər” filmi qazanıb. Jürinin xüsusi mükafatının ünvanı Azərbaycan və Fransanın müştərək ərsəyə gətirdiyi “Qafqaza qayıdış” filmi olub.

 

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının tərkib hissəsi kimi keçirilən I Odlar Yurdu Foto Müsabiqəsinin qalibi “Bakı - İçərişəhər” işi ilə Ərtoğrul Qafarov olub.

 

Qeyd edək ki, festivalın informasiya dəstəkçilərindən biri də APA İnformasiya Agentliyidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR