Bakı. Turan Şakir - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi görkəmli ingilis yazarı Çarlz Dikkensin “Oliver Tvistin macəraları” tamaşasından parçalar nümayiş etdirəcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur.
Qeyd edək ki, tamaşa “British Council”in Bakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan “Avropa kəndi” adlı tədbir çərçivəsində İçərişəhər Qoşa Qala Qapılarında nümayiş olunacaq. Tədbir Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilib.