Bakı. Turan Şakir - APA. Xalq artisti İlham Namiq Kamal Azərbaycanın bölgələrinə səfərə hazırlaşır.
Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, görüş Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək: “Tamaşaçılarımla görüşə “Gülüş ciddi məsələdir” komediya kompozisiyasını hazırlamışam. Bu kompozisiyada oynadığım tamaşalardan parçalar nümayiş olunacaq”.
Xalq artisti deyib ki, Abşeron, Şəki, Oğuz, Yevlax və başqa rayonlarda olacaq görüş iyul ayında başlayacaq.