Bank Of Baku

İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçiriləcək - FOTO

İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçiriləcək - <span style="color: red;">FOTO
# 27 may 2014 08:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 10-da Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçiriləcək.

 

Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

 

Yeni tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR