Bank Of Baku

İmran Qasımovun xatirə gecəsi keçirilib

İmran Qasımovun xatirə gecəsi keçirilib
# 20 dekabr 2013 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 19-da Rusiyanın Bakıdakı İnformasiya və Mədəniyyət Mərkəzində xalq yazıçısı İmran Qasımovun xatirə gecəsi keçirilib.

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin APA-ya verdiyi məlumata görə, anım gecəsində rejissor Ziya Şıxlinskinin yazıçıya həsr olunan “Onun böyük ürəyi” sənədli filmi nümayiş olunub.

 

Filmin ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Adil Abbasov, quruluşçu rejissoru Ziya Şıxlinskidir.

 

Xatirə tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatları Elmira Axundova və Fəttah Heydərov, rejissor Eldar Quliyev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə iştirak ediblər. Yazıçının qələm dostları İ.Qasımov haqqında xatirələrini danışıb, yaradıcılığı barədə fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, İmran Qasımov 1918-ci ildə Bakıda anadan olub. Azərbaycan SSR kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru olub. 1975-1981-ci illərdə Azərbaycan SSR Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifəsində çalışıb. İ.Qasımov “Uzaq sahillərdə”, “Abşeron ritmləri”, “Süvenir”, “Onun böyük ürəyi” filmlərinin ssenari müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR