Bakı. Aygül Rzayeva-APA. İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi qastrol səfərindən qayıdıb.
Teatrın mətbuat xidmətində APA-ya verilən məlumata görə, Türkiyənin İğdır, Qars, Manisa, Quşadası və Uşak şəhərlərində səfərdə olan yaradıcı kollektiv tamaşaçılara şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşanı nümayiş etdirib.
Teatrın kollektivi Quşadasında tamaşaçılarla, Uşak şəhərinin valisi Mehmet Ufuk Erden, Uşak Universitetinin rektoru professor Sait Çelik, universitetin müəllim və tələbə heyəti ilə görüşüb.
Türkiyənin müxtəlif şəhərlərində tamaşalardan sonra teatrın kollektivinə mükafatlar təqdim edilib.