Bank Of Baku

İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək

İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək
# 29 yanvar 2014 08:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2009-cu il Montrö Beynəlxalq Musiqi Festivalının qalibi, gənc virtuoz ifaçı, cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.

 

İ. Sarabski festivala Heydər Əliyev Fondunun dəstəyi ilə qatılacaq.

 

Bu barədə APA-ya Heydər Əliyev Fondundan məlumat verilib.

 

Məlumatda deyilir ki, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır.

 

Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini  müəyyən etmək məqsədilə görüşürlər. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur. 

 

Təkcə ötən il MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak edib. 1350 stend və pavilyonun nümayiş etdirildiyi festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırıb.

 

Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda NRJ Music Awards mükafatı verilir.

 

Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir.

 

Fevralın 1-dən 4-dək keçirilən festival çərçivəsində Azərbaycanı İsfar Sarabski Band təmsil edəcək. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də Majestic Barriere mehmanxanasının Diane zalında çıxış edəcək. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabskini peşəkar musiqiçilər müşayiət edəcək.

 

Qeyd edək ki, İsfar Sarabski Heydər Əliyev Fondunun xətti ilə ABŞ-dakı Berklee College of Musicdə təhsilini davam etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR