Bakı. Turan Şakir - APA. Türkiyədə bu gün açılışı gözlənilən 41-ci İstanbul Musiqi Festivalı Türkiyədəki aksiyalara görə təxirə salınıb.
APA-nın Türkiyə mediasına istinadən məlumatına görə, festivalın əlaqələndirici qurumu olan “İstanbul Kültür Sanat Vakfı'” festivalın açılışının təxirə salınması ilə bağlı açıqlama yayıb: “Taksim Gəzi Parkında başlayan və qısa müddətdə Türkiyənin hər tərəfinə yayılan hadisələrdən çox təəssüf hissi keçiririk və xalqın bu məsələdə həssaslığını nəzərə alaraq, festivalın açılışının olmasını düzgün hesab etmirik. Buna görə də festivalın açılışını qeyri-müəyyən vaxta kimi təxirə salırıq”.
Qeyd edək ki, festival 1973-cü ildən ənənəvi olaraq keçirilir və 1977-ci ildən etibarən Avropa Festivalları Birliyinin üzvüdür.